"Narkotikə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirildi - Daşkəsəndə

"Narkotikə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirildi - Daşkəsəndə
  • Sosial

  • Oktyabrın 21-də Daşkəsən Rayon İcra Hakimiyyəti rayonun Polis Şöbəsi, Təhsil Şöbəsi, Gənclər və idman idarəsi ilə birgə Daşkəsən şəhər Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə "Narkotikə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirib.

    Asiya.az xəbər verir ki, tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

    Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev çıxışında bildirib ki, Azərbaycanın dövlət siyasətində başlıca vəzifələrdən biri kimi qarşıya qoyulmuş sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

    Polis rəisi A.Ağayev vurğulayıb ki, əhali, xüsusilə azyaşlılar və gənclər arasında narkomaniya əleyhinə profilaktik tədbirlər daha intensiv şəkildə aparılmalıdır. Narkomanlığın qarşısını almaq üçün ictimaiyyət hüquq-mühafizə orqanları işçilərinə kömək göstərməlidir. Sosial bəla olan narkomaniyaya qarşı mübarizədə iştirak etmək hamımızın vətəndaşlıq borcudur.

    RPŞ-nin əməkdaşı polis baş-leytenantı Fariz Həsənov isə məruzə ilə çıxış edərək rayonda narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verib.

    Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev tədbir iştirakçılarını RİH-nin başçısı Əhəd Abıyevin adından salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclərin milli və müasir ruhda tərbiyəsi, zərərli vərdişlərdən qorunması qarşıda duran ən başlıca məsələlərdəndir.

    Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov, Gənclər və idman idarəsinin rəisi Samir Həsənov və Daşkəsən şəhər A. Mürsəlov adına 2 nömrəli tam orta məktəbin direktoru Aybəniz Vəliyeva da çıxış ediblər. Onlar cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı problemlərdən danışıblar, insan sağlamlığına və psixologiyasına vurduğu zərərlər barəsində yeniyetmələrə ətraflı məlumat veriblər.

    Tədbirdə narkomaniyanın zərərlərindən bəhs edən videoçarxlar nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

    Elmar ƏLİYEV
    Daşkəsən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı.


    "Narkotikə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirildi - Daşkəsəndə
    "Narkotikə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirildi - Daşkəsəndə
    "Narkotikə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirildi - Daşkəsəndə
    "Narkotikə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirildi - Daşkəsəndə
    "Narkotikə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirildi - Daşkəsəndə
    PAYLAŞ:

    Oxşar xəbərlər