Asiya.az xəbər verir ki, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Azərbaycanda yeni "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilir: "Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək”.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.