Oğlu ilə birlikdə ərini öldürən qadın: Elə bilirdim, ancaq kişiləri həbs edirlər

Oğlu ilə birlikdə ərini öldürən qadın: Elə bilirdim, ancaq kişiləri həbs edirlər
  • Sosial / Asiya TV

  • Gülüş Fətəliyeva həbsxanada övladı ilə yaşayan qadınlardan sadəcə biridir.

    Bir yaşlı körpəsi yanında olsa da, digər övladlarına 2 ildir həsrət qalıb. Gülüş xanım oğlunu döydüyü üçün ərinin birinci nikahdan olan arvadını öldürüb. Həmin anı isə belə xatırlayır:

    "Yoldaşımın birinci arvadı oğlumu döydü, mən də vurdum. Peşmanam, indi tək təsəllim 1 yaşlı oğlumdur. Uşaqlarım üçün çox darıxıram. Qızım məktəbdə həbsxanada olduğumu deyib. Qızıma dedim, de ki, anan xəstəxanadadır”.

    ***

    Oğlu ilə birlikdə həyat yoldaşını qətlə yetirən Şamama Seyidova isə 15 il müddətinə azadlıqdan məhrum edilib. O yaşadıqlarını belə şərh edir:

    "Elə bilirdim kişiləri tuturlar, qadınları yox. Oğlum tüfənglə atasını vurub, mən də həyətdə basdırmışam. 1 ildən sonra Novruz bayramında üstündə şam yandırmışam, tonqal qalamışam. Qonşularım satdı məni, yoxsa heç kim şübhələnməmişdi.”

    ***

    Narkotik audəçisi olan Şəfiqə Telmanqızı isə 5 illik cəzaya məhkum olub. Burada sevindiyi tək məqam isə narkotikdən uzaqlaşması olub:

    "Ağlıma gəlməzdi ki, tutularam. Tutulmağı qoy qırağa, narkotikə bağlı olaram”.


    PAYLAŞ:

    Oxşar xəbərlər