Türkiyədə vəfat edən FHN zabiti dəfn edildi

Türkiyədə vəfat edən FHN zabiti dəfn edildi
  • Cəmiyyət / Manşet

  • 3 gün öncə Türkiyənin İstanbul şəhəri, Medipol xəstəxanasında vəfat edən FHN zabiti bu gün Masallı rayonu Ərkivan qəsəbəsində dəfn edilib.

    Asiya.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin ərazi orqanları ilə iş şöbəsini rəisi işləyən İzzət İbadovun ölümünə səbəb Limfa vəzilərində yaranan şiş olub.

    İzzət Sahib oğlu İbadov 21 dekabr 1968-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsi, İsoba məhəlləsində anadan olub. 1985-ci il də Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib. 1986-88-ci illər də hərbi xidmətdə olub. 1988-93-cü illərdə Azərbaycan Texniki Universitetində "Daxili Yanma Mühərrikləri" ixtisası üzrə ali təhsil alıb. İş fəaliyyətinə 1998-ci ildə DİN-in Masallı Dövlət Yanğın Nəzarəti idarəsində mühəndis inspektoru kimi başlayır. 2001-ci ildə baş inspektor, 2003-cü ildə isə həmin idarənin rəsi olur.

    2005-ci ildən Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin ərazi orqanları ilə iş şöbəsində baş zabit kimi çalışan İ.İbadov 2017-ci ildən həmin şöbənin rəisi təyin edilir.

    Ailəlidir, 3 övladı var. Böyük övladı, İbadov İlkin İzzət oğlu DİN-in Daxili Qoşunlarının Bərdə rayonu N saylı hərbi hissədə zabit kimi çalışır. Digər iki övladı, Murad və Sahib isə hazırda tələbədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər