Asiya.az xəbər verir ki, bu barədə "Fox" telekanalı xəbər verib.
Qeyd edilir ki, hadisə Corciya ştatında baş verib. Həbsxanadan buraxılan şəxs Reydsvill həbsxanasında cəza çəkən otuz bir yaşlı Toni Maykon Munos-Mendesdir. O, 2010 və 2012-ci illərdə törətdiyi zorlama cinayətlərinə azadlıqdan ömürlük məhrum olunub.
Corciya ştatının Cəzaçəkmə Müəssisəsi Departamenti bildirib ki, məhbus oktyabrın 25-də "səhvən azadlığa buraxılıb".
Hazırda onun axtarışları aparılır.(report)