Araz Ağalarov balıq biznesində

Araz Ağalarov balıq biznesində
  • İqtisadiyyat / Manşet

  • Azərbaycan əsilli məşhur rusiyalı milyarder Araz Ağalarov biznesini şaxələndirməkdə davam edir...

    Oliqarx bu dəfə balıq biznesinə girib və ona məxsus “Crocus Group” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib.

    Şirkətin əsas fəaliyyət istiqaməti sənaye üsulu ulə şirin su hövzələrində balıq yetişdirilməsi olacaq. Şirkətin səhmlərinin 90 faizi “Crocus Group”a, qalan 10 faizi isə”Lotofish”in baş direktoru Valerian Çikovaniyə məxsusdur.

    Virtualaz.org yazır ki, şirkət Moskvanın Lotoşinsk rayonunda qeydiyyatdan keçib, onun barəsində məlumatlar oktyabrın 31-də hüquqi şəxslərin vahid Reyestrinə daxil edilib.

    Araz Ağalarovun şirkəti Rusiyada tikinti, rieltor və digər biznes sahələrində fəaliyyət göstərir. Habelə “Crocus Group” büdcədən maliyyələşdirilən iri layihələrdə podratçı qismində çıxış edir. (Yeni Sabah)

    PAYLAŞ:

    Oxşar xəbərlər