Messi əsas məqsədini açıqladı

Messi əsas məqsədini açıqladı
  • İdman

  • Dünyanın ən yaxşı futbolçularından biri sayılan Lionel Messi “Barselona” ilə az uğur qazanmayıb. Amma argentinalı uğurlara doymayıb.

    Asiya.az xəbər verir ki, Messi əsas məqsədini açıqlayıb. O, “Barselona” ilə Çempionlar Liqasının qalibi olmağı istədiyini bildirib. Axırıncı dəfə belə uğur 2015-ci ildə əldə edilmişdi.

    “Barselona” ilə mükafatlar qazanmağa davam etmək mənim arzumdur. Yenə Çempionlar Liqasının qalibi olmaq istərdim. Həmişə demişəm ki, fərdi mükafatlar mənim məqsədim ola bilməz. Buna görə də dünyanın ən yaxşısı, “Qızıl top”, “Qızıl buts” mənim üçün çağırış deyil. “İlin ən yaxşı qolu mükafatı” lap aşağı pillədə dayanır. Bu mükafatları qazanıb-qazanmamağın elə bir əhəmiyyəti yoxdur, - Messi belə deyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər