“Qiyməti kefinə görə yazırdı…” - Əli İnsanovun tələbələri

“Qiyməti kefinə görə yazırdı…” - Əli İnsanovun tələbələri
  • Cəmiyyət / Manşet

  • Həbsdən çıxdıqdan sonra bir vaxtlar təhqir etdiyi müxalifətin ön cərgələrinə qoşulan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı maraqlı məlumatlar yayılıb.

    Asiya.az Sfera.az-a istinadən xəbər verir ki, vaxtilə onun tələbələri olmuş şəxslər ictimaiyyətə məlum olmayan elə nüansları xatırlayıblar ki, həmin nüanslar indi mələk cildinə girmiş Əli İnsanovu tanımaqda yardımçı ola bilər. Öncə Əli İnsanovun keçmiş tələbəsi, hazırda məhkəmə tibb eksperti olan Rüstəm Səfərovun facebookdakı son paylaşımına diqqət yetirək.

    "Əli İnsanov mənə dərs deyib. Nədənsə qrup nümayəndələrindən imtahanı şəxsən özü, həm də xüsusi amansızlıqla özü götürürdü. İmtahanı səhv etmirəmsə 4-cü kursda idi. 4-cü kursa qədər əlaçı idim. O vaxt qiymətlər 5 ballıq sistemlə idi. Bildirim ki, 3-cü kursda ümumi cərrahlıq imtahanında yaxşı cavab verə bilmədim, əlaçılıqdan düşürdüm deyə, imtahanda müəllimdən xahiş elədim iki yazsın, yayda yenidən hazırlaşım payızda təkrar imtahanda 5 alacam. Elə də oldu. Sağ olsun Çərkəz müəllim, yaxşı hazırlaşıb gəldim, o da bir ilk elədi və yayda imtahandan kəsilən tələbəyə payızda yazılmayan qanunlara əks gedərək 5 yazdı.

    Yuxarıda yazdığım kimi, 1 il sonra Əli İnsanovun imtahanı idi və məndən şəxsən özü imtahan götürdü. Biletimdəki suallara cavab verdim, dedi 3 yazıram. Dedim Əli müəllim, 3 sualla tələbənin biliyini qiymətləndirməyin, əlaçıyam və qırmızı diploma gedirəm. Əlavə instənilən sualı verin, heç olmasa 4 yazın. Çünki qırmızı diplom üçün bir neçə dənə 4 limitinin olduğunu bilirdim. Amma 3-ü olan tələbəyə qırmızı diplom düşmürdü. "Vaxtımı alma” deyib, əlavə sual vermədi. Bu yerdə yayda mükəmməl hazırlaşıb təkrar imtahanda yaxşı qiymət alaram ümüdiylə xahiş elədim ki, 2 yazsın,. Dedi yox, mən sənə 2 yaza bilmərəm. Sən 2-lik tələbə deyilsən, qiymətin elə 3-dür. Beləcə, 4cü kursa qədər əlaçı gələn məni əlaçılıqdan və həvəsdən saldı.


    Pisliyi cavabsız qalmadı, üstündən çox keçmədən vəzifədən azad olunaraq həbs edildi, həbsxanda da kifayət qədər vaxtı getdi. Həyatımda baş verən, şahidi olduğum çox şeyə görə ilahi ədalətin mövcudluğuna inanıram”.


    Rüstəm Səfərovun bu statusunun rəy yerində isə Əli İnsanovun digər tələbəsi, tanınmış müxalifətçi yazar Günel Mövludun həyat yoldaşı Haji Nadir Hajiyev (Hacı Nadir Hacıyev) isə bu qeydilə sabiq səhiyyə nazirini belə xarakteristika edib:

    "Elədir. Qiyməti kefinə görə yazırdı. Bütün kurs ərzində bircə dəfə mühazirə oxuyurdu, onu da öz çırpışdırma dərmanı olan "İnsanovin”i reklam eləmək üçün. Bir də imtahana gəlirdi. Tələbələri saatlarla karidorda gözlədəndən sonra kral ədasıyla, asta yerişlə gəlirdi imtahana. Mənim qrup yoldaşıma biletdə silikozlar düşmüşdü. Elə ilk cümlədən kəsdi uşağı. Səbəb də Əli İnsanovun öz savadsızlığı idi. Qrup yoldaşıma biletdə silikozlar düşmüşdü. Silikozların da əsas etioloji faktoru qumdu da, SiO2. Silisium 4 oksid. Rus kitablarında bu dvuokis kremniya gedir. Bizim nomenklaturaya görə isə Silisium 4 oksid, çünki burda Silisiumun valenti 4-dü. Sən silisuum di oksid deyə bilərsən, amma silisium iki oksid demək olmaz. Bu isə kitabında silisium 2 oksid yazıb - yəni hərfi tərcümə edib. Uşaq da silisium 4 oksid dedi. İndi dirəşib uşağnan ki, yox sən savadaızsan. Maddənin adını düz de. Bu da deyir ay müəllim axı burda Silisiumun valenti 4-dü zad. Götürdü kəsdi uşağı ki, sən savadsızsan.Deməli, hamı kimi bu da yazdığı kitabı rus müəlliflərindən tərcümə etdirmişdi, sadəcə üstünə öz adını və bilavasitə tərcümə edənin adını yazmışdı”.
    PAYLAŞ:

    Oxşar xəbərlər