Bloqqer Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir - FOTO

Bloqqer Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir - FOTO
  • Sosial / Manşet

  • Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

    Asiya.az-ın report-a istinadən məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

    M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

    31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından "Report"a faktı təsdiqləyiblər.

    Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.


    Bloqqer Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər