Qol.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun püşkatma mərasimində çıxış edərək deyib.
O, klubların kuboka maraq göstərmədiyini bildirib: "Hətta həvəskar komandaların yarışa qatılması əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır idik" – deyə Musayev qeyd edib.
PFL rəhbəri Premyer Liqanın sponsoru məsələsi ilə bağlı isə deyib ki, xarici şirkətlə danışıq aparsalar da, həmin qurumun Azərbaycanda lisenziyası olmadığı üçün razılıq verilməyib: "Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, kimsə yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək”.