Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar… (VİDEO)

Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar… (VİDEO)
  • Araşdırma / İqtisadiyyat / Manşet / Asiya TV

  • “Holcim Azərbaycan” ASC-də distributorlara külli miqdarda ziyan vurulması və dəymiş zərərin ödənilməməsi ilə bağlı saytımıza müraciət daxil olub.

    Asiya.az axar.az-a istinadla xəbər verir ki, müraciətdə şirkətin Marketinq, satış və logistika üzrə direktoru Anar İsmayılovla ölkə satış meneceri Elnur Qurbanovun distributorlara külli miqdarda ziyan vurduğu iddia edilib.
    Məlumata görə, 2018-ci ilin avqustunda zavod direktoru Frederik Guimbal, Anar İsmayılov, Elnur Qurbanov və distributorlar arasında keçirilmiş görüşdə satış sisteminin dəyişdiyi, bundan sonra icra olunmuş plana görə bonus hesablanmayacağı deyilib.
    Bununla da distributorlara xeyli maddi ziyan vurulub. Sonradan məlum olub ki, Anar İsmayılov və Elnur Qurbanov həmin məbləği özləri mənimsəyib.

    Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar… (VİDEO)
    Anar İsmayılov
    İddiaya görə, daha sonra distributorlara aşağıdakı vasitələrlə daha ciddi maddi ziyanlar vurulub:
    – 2019-cu ilin aprel və iyun aylarında rəqib zavodlarla eyni qiymətə mal satılıb və distributorlara əvəzi ödəniləcəyi vəd edilsə də, ödənilməyib.
    – Anar İsmayılov 2019-cu ilin avqust ayında distribyutorlarla görüşmüş və dəymiş ziyanın məbləğini müəyyən edərək ödəniləcəyinə söz vermiş, lakin sonda ödənməmişdir. Ümumilikdə distribyutorlara dəymiş ziyanın məbləği 832 891 azn təşkil edir.
    Məsələ ilə bağlı daha bir sensasion məqam isə işə kriminal dəstə üzvlərinin qarışmasıdır. Məlumata görə, adları açıqlanmayan dəstə üzvləri distributorları silahla təhdid edərək, dəymiş ziyanın ödənilməyəcəyini bildiriblər. Lakin distribyutorlar isə Azərbaycan Respublikasının oğru qanunları ilə deyil, dövlət qanunları ilə idarə olunduğunu bildirmişlər.

    Müraciətdə qeyd edilib ki, Anar İsmayılovun bu çirkin əməlləri barədə sonradan zavod direktoru olan Frederik Guimbala da ətraflı məlumat verilib. Lakin Frederik Guimbal işə laqeyd yanaşıb.

    Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar… (VİDEO)
    Frederik Guimbal
    Məsələ ilə bağlı “Holcim Azərbaycan” ASC-dən bildirilib ki, sözügedən iddialarla bağlı rəsmi sorğuya cavab veriləcək.
    Xatırladaq ki, “Holcim Azərbaycan”la bağlı şikayətlər, narazılıqlar təkcə distributorlara bağlı deyil.
    Zavod səhmdarların dividentlərini verməkdən imtina edir və bu, böyük narazılığa səbəb olub. Hətta bir neçə gün əvvəl səhmdarlar aksiya da keçiriblər . Onlar bölüşdürülməmiş 94 885 000 manat dividenti tələb edirlər.

    Qeyd edək ki, “Holcim Azerbaijan” (Qaradağ Sement zavodu) 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.


    PAYLAŞ:

    Oxşar xəbərlər