Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - VİDEO

Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - VİDEO
  • Hadisə / Asiya TV

  • Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.

    Asiya.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə həmin şəxsin ətrafdaklılar tərəfindən döyülməsi öz əksini tapıb.

    Həmin görüntüləri təqdim edirik:



    Qeyd edək ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum ediblər.

    Bakı Şəhər Baş Polis idarəsindən verilən açıqlamaya görə hadisəni törədən hər iki şəxs Sabunçu RPİ 13-cü polis bölməsinə gətirilib və onların hadisə zamanı içkili olduqları müəyyən edilib.

    Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər