Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev sakinlərlə səyyar qəbul keçirdi - FOTO

Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev sakinlərlə səyyar qəbul keçirdi - FOTO
  • Sosial

  • Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

    Asiya.az xəbər verir ki, Rayon rəhbərliyinin, rayonun bələdiyyə, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilmiş, onların rəy və təklifləri nəzərə alınmış, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılmış və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilmiş, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilmişdir.

    Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Abdin Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır.

    Qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

    Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev sakinlərlə səyyar qəbul keçirdi - FOTO
    Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev sakinlərlə səyyar qəbul keçirdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər