Şərurlu İsfəndiyarın binalarında antisanitariya baş alıb gedir - FOTO

Şərurlu İsfəndiyarın binalarında antisanitariya baş alıb gedir - FOTO
  • Sosial / Araşdırma / Manşet

  • Bakıda tikinti gedən ərazilərdə antisanitariya halları adi hal alıb. Demək olar hər gün mediada vətəndaşların yaşadıqları yerlərdə bu cür problemlə bağlı şikayətləri yayılır.

    “Şərur” MTK da çox təəssüf ki, bu halla mübarizə aparmır.

    Bakı şəhər Xətai rayonu Telnov küçəsi 23 ünvanında inşa olunan binalar da bu qəbildəndir.

    Asiya.az-a daxil olan məlumata görə, sözügedən ünvanda tikilən kompelksin hər yanı müharibədən çıxmış xarabalığı xatırladır. Demək olar hər addım atdıqda ayaqların zibil paketlərinə dəyir.

    Şərurlu İsfəndiyarın binalarında antisanitariya baş alıb gedir - FOTO

    Ərazidə yaşayan sakinlər dəfələrlə şirkətin baş ofisinə zəng edərək problemi həll etməyi tələb ediblər. Amma hər dəfə onlara “həll edəcəyik, narahat olmayın!” təsəlli cavabını verərək işlərinə davam ediblər. Məsələ orasındadır ki, şirkət hər ay ərazidə yaşahan sakinlərdən kommunal haqqı alır, amma bunun müqabilində heç bir iş görülmür.

    Problem təkcə bununla bitmir. “Şərur” MTK-nin sözügedən ünvanda 8 binadan ibarət saldığı komplekadə infrasuktur problemi yaşanır. Belə ki, paytaxta azca yağış yağan kimi binanın zirzəmiləri, dayanacaq kimi istifadə olunan yerlər suya qərq olur. Sanki Venesiya “Şərur” MTK-nın binası ətrafında təcəssüm edir.


    Şərurlu İsfəndiyarın binalarında antisanitariya baş alıb gedir - FOTO

    Bir sözlə, Balaxanı zibilliyi ilə Venesiyanı özündə birləşdirən komplekslə bağlı şirkət hələ ki, heç bir iş görmür.

    Xatırladaq ki, sözügedən «Şərur» MTK haqqında mediada xeyli materiallar dərc olunub. Qalmaqallı, korrupsiyada adı hallanan şirkətin rəhbəri Şərurlu İsfəndiyar kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovdur.

    Şərurlu İsfəndiyarın binalarında antisanitariya baş alıb gedir - FOTO

    Məsələylə bağlı “Şərur” MTK-nın da mövqeyini dərc etməyə hazırıq.

    Mövzuya qayıdacağıq.
    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər