Keçmiş jurnalistə vəzifə verildi

Keçmiş jurnalistə vəzifə verildi
  • Cəmiyyət

  • Pərviz Əzimov “Bizim Market” supermarketlər şəbəkəsinin Marketinq departamentinə direktor vəzifəsinə təyinat alıb.

    Asiya.az xəbər verir ki, Pərviz Əzimov 29 iyun 1988-ci ildə Masallı rayonun Bədəlan kəndində doğulub.
    Lənkəran Dövlət Universitetinin məzunu olub.
    Hələ Universitet tələbəsi olarkən jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. Bir çox qəzet və xəbər portalları ilə sıx əməkdaşlıq edərək araşdırma yazılar yazıb.

    Daha sonra isə özünü marketinq sahəsində sınamağa qərar vermiş və həmin sahədə uğurlara imza atmaqdadır.

    P.Əzimov hazırda “Bizim Market” ilə yanaşı onunla eyni eyni ailənin üzvü olan “Novas Home” brendinin də marketinq direktoru olaraq çalışacaq.

    Qeyd edək ki, P. Əzimov 2012-2013-cü illərdə "Azərbaycan Avropa Hərəkatı"nda ictimaiyyətlə əlaqələr mütəxəssisi, 2013-2014-cü illərdə "OnMedia" şirkətində marketinq mütəxəssisi vəzifələrində çalışıb.

    Həmçinin o, 2014-2016-cı illərdə "TIMWE" şirkərinin, 2016-2018-ci illərdə "Technol", 2018-2019-cu illərdə isə "Embawood" şirkətinin Marketinq departamentinin direktoru olub.
    Xatırladaq ki, P. Əzimov 2016-cı ildə çap olunan “Rəqəmsal Marketinq – Bələdçi” adlı kitabın müəllifidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər