Seymur Həzi azadlığa buraxıldı - FOTO

Seymur Həzi azadlığa buraxıldı - FOTO
  • Siyasət

  • Xətai rayon Məhkəməsinin qərarı ilə həbs edilən AXCP sədrinin müavini Seymur Həzi azadlığa buraxılıb.

    Asiya.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Nigar Həzi soaial şəbəkə hesabında yazaraq məlumat verib.

    O bildirib ki, Seymur Həzi oktyabrın 15-də Bakıda keçirilən icazəsiz mitinqə görə saxlanılıb və barəsində Xətai rayon Məhkəməsinin qərarına 15 gün inzibati həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə S.Həzinin həbs müddəti 15 gündən 30 günə qaldırılmışdı

    Nigar Həzi feyzbuk profilində Seymur Həzi ilə qucaqlaşdığı fotoşəkili paylaşaraq, "Bu da biz ❤️
    Bir aydan sonra yenidən görüşdük))" yazıb.


    Seymur Həzi azadlığa buraxıldı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər