AVRO-2020: Azərbaycan yığması Uelsə məğlub olub - Yenilənib

AVRO-2020: Azərbaycan yığması Uelsə məğlub olub - Yenilənib
  • İdman

  • Azərbaycan millisi növbəti oyununu keçirib.

    Asiya.az xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma Uelslə qarşılaşıb.

    AVRO-2020-nin seçmə mərhələsinin IX turunun matçı Bakıdakı “Bakcell Arena”da baş tutub. E qrupunda sonuncu yeri tutduğu ötən ay rəsmiləşən Azərbaycan millisi AVRO-2020-yə vəsiqə üçün mübarizə aparan rəqib qarşısında aciz qalıb.

    Tsikldə qələbəyə həsrət olan yığma 10-cu dəqiqədə erkən qola üzülüb. Elə ilk yarıda fərqi artıran böyük britaniyalılar Bakıdan üç xalla ayrılıblar.

    Qeyd edək ki, seçmə mərhələdə son ev matçında uduzan milli son oyununu üç gündən sonra Slovakiyaya qarşı keçirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər