“Nu, poqodi!”nin davamı çəkilir

“Nu, poqodi!”nin davamı çəkilir
  • Dünya

  • "Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək.

    Asiya.az xəbər verir ki, bu barədə "Soyuzmultfilm” məlumat yayıb.

    Bildirilir ki, "Nu, poqodi!”nin ekrana çıxan ilk buraxılışından 50 il ötür. Bu münasibətlə də 2020-ci ildə tamaşaçılara yeni seriyadan olan ilk film təqdim ediləcək. Ümumilikdə isə 26 yeni bölümün çəkilməsi planlaşdırılır.

    Qeyd edək ki, ekran işinin ilk buraxılışı 1969-cu il yanvarın 1-də yayımlanıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər