Azərbaycanda xanım məmur rəsmi görüşə helikopterlə getdi

Azərbaycanda xanım məmur rəsmi görüşə helikopterlə getdi
  • Sosial / Manşet

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşə helikopterlə gedib.

    Asiya.az-ın Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.
    Azərbaycanda xanım məmur rəsmi görüşə helikopterlə getdi
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov Modern.az-a faktı təsdiqləyib, səfərlə bağlı əlavə şərh vermək istəməyib:

    "Bəli, Hicran xanım bu gün rəsmi görüşə helikopterlə gedib. Amma biz bunun səbəbilə bağlı əlavə açıqlama verməyəcəyik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər