Asiya.az xəbər verir ki, milyarder “Bloomberg”ə verdiyi müsahibəsində həmin bankda 140 milyon dollar itirdiyini bildirib.
Onun sözlərinə görə, “Credit Suisse”in xidmətin keyfiyyəti Rusiya banklarının “vəhşi 90-cı illərdə” və Gürcüstan banklarında olanlardan daha aşağıdır.
“Mən İsveçrə bankında pul itirəcəyimi təsəvvür edə bilməzdim”, - deyə İvanişvili gileylənib.
Milyarder, 2016-cı ildə Cenevrə məhkəməsinə müraciət edərək “Credit Suisse”in işçisi Patris Lekadronu onun aktivlərini düzgün idarə etməməkdə günahlandırıb.
İsveçrəli əməllərində bəd niyyətin olmadığını bildirsə də ona 5 illik həbs kəsilib.
İvanişvili “Credit Suisse” bankının günahkar olduğunu iddia etsə də o zaman bu ittiham öz təsdiqini taрmayıb.