Azərbaycanda qarın hündürlüyü 22 santimetrə çatdı - 18 dərəcə şaxta var

Azərbaycanda qarın hündürlüyü 22 santimetrə çatdı - 18 dərəcə şaxta var
  • Sosial / Manşet

  • Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb. Burada qarın hündürlüyü 22 santimetr, temperatur isə mənfi 6 dərəcə olub.

    Asiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 23-də Quba, Qusar və Xızı rayonlarına qar yağmaqda davam edib.

    Qubanın Qırız kəndində 16, Xınalıqda 12, Təngəaltında 18, rayon mərkəzində isə 7 santimetr qar müşahidə olunub.

    Qubada Xınalıq kəndində ən aşağı temperatur - mənfi 18 dərəcə qeydə alınıb.

    Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 santimetrə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər