Körpüdən aşaraq ölən Masallı sakinləri bu gün dəfn edildi - FOTO

Körpüdən aşaraq ölən Masallı sakinləri bu gün dəfn edildi - FOTO
  • Cəmiyyət, Manşet

  • Ötən gün Bakıda ağır qəzaya uğrayan yük maşını və onun içində olan şəxslər bu gün dəfn edilib

    Körpüdən aşaraq ölən Masallı sakinləri bu gün dəfn edildi - FOTO

    Asiya.az-ın məlumatına görə, Xocahəsən qəsəbəsi "Meyvəli bazar”ın yaxınlığında körpüdən düşərək qəzaya uğrayan yük maşınının içində sürücü və bir sərnişin olub.

    Onlar Masallı rayon sakinləri Yusifli Xəzər İnqlab oğlu və Məmmədov Əzim Ağabəy oğludur. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Xatırladaq ki, yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlanıb.

    Bu gün səhər saatlarında Yusifli Xəzər Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən Göllü qəbiristanlığında, Məmmədov Əzim isə Masallı şəhər qəbiristanlığında dəfn edilib.

    Allah rəhmət etsin!


    Körpüdən aşaraq ölən Masallı sakinləri bu gün dəfn edildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər