İcra başçısının müavinin maşını dərəyə aşdı - Sürücüsü və xanımı həlak oldu

İcra başçısının müavinin maşını dərəyə aşdı - Sürücüsü və xanımı həlak oldu
  • Manşet / Olay

  • Qaradağda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var...


    Qaradağda avtomobil yoldan çıxaraq dərəyə aşıb, 2 nəfər ölüb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində baş verib. “Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü -1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlu və Tovuz rayon sakini Əminə Zeynalova hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, xəsarət alanlardan biri Tovuz rayon İcra hakimiyyətinin müavini Zeynalov Rəşad Nurəddin oğludur, ölən qadın isə onun həyat yoldaşı olub.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər