Azərbaycanda polis zabiti 17 yaşlı oğlanı vurdu

Azərbaycanda polis zabiti 17 yaşlı oğlanı vurdu
  • Olay

  • Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    Asiya.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Dondar Quşçu kəndində olub.

    Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər