Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi (YENİLƏNİB)

Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi (YENİLƏNİB)
  • Olay

  • Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.

    Asiya.az Trend-ə istinadən bildirir ki, digər iki qız müalicələrini davam etdirir.

    Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

    Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.


    *****
    Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

    Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.
    Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

    Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

    Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər