Milli Məclis buraxıldı - SƏBƏB (YENİLƏNİB)

Milli Məclis buraxıldı - SƏBƏB (YENİLƏNİB)
  • Siyasət / Araşdırma / Manşet

  • YAP-ın Siyasi Şurasının təcili iclasında sensasion qərar qəbul edilib.

    12:00

    Asiya.az xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

    Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

    Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.

    Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

    * * *
    12:40
    Parlament niyə buraxıldı? - Səbəb açıqlandı

    Xəbər verdiyimiz kimi, bu gün YAP-ın Siyasi Şurasının təcili iclasında qərar qəbul edilib.

    İclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.
    Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə bağlıdır. Bu haqda xəbəri Qafqazinfo.az yayıb.


    Asiya.az xəbər verir ki, deputatların həm yaş məsələsi, həm qeyri-adekvat açıqlamaları, həm də islahatlarla ayaqlaşmaması hakim partiyanı bu addımı atmağa vadar edib.

    Bu qərar son zamanlar Azərbaycanda aparılan islahatlara dəstək məqsədilə atılıb.

    Növbəti seçkilərin 2020-ci ilin mart-aprel aylarında baş tutacağı iddia edilir.

    * * *
    14:00

    YAP-çı deputatlar təcili iclasa çağırıldı

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının saat 11-ə təyin olunan iclası başa çatıb.

    Asiya.az modern.az-a istinadən xəbər verir ki, növbəti iclas bu gün saat 14:00-da keçiriləcək.

    Bu iclasa Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasından olan deputatlar qatılacaq. YAP-çı deputatların hər birinə toplantıya qatılmaları tövsiyə olunub.

    Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq parlamentin buraxılması barədə məsələ qaldıracaq.

    Qeyd edək ki, hazırda Milli Məclisdə YAP-ın 69 deputatı fəaliyyət göstərir.

    Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.

    Milli Məclisidə 125 deputat yeri var və bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər