Narkotacirin evindən silah və döyüş sürsatları aşkarlandı - FOTO

Narkotacirin evindən silah və döyüş sürsatları aşkarlandı - FOTO
  • Hadisə

  • Daxili işlər orqanları tərəfindən narkotik maddələrin dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Asiya.az Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Xızı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.

    Keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Mehman Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,233 qram çəkidə narkotik maddə olan heroin aşkarlanıb.

    Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevə məxsus Şuraabad qəsəbəsində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan narkotik maddə olan tiryək, satış üçün kibrit qutularında və sellofan bükümlərdə saxlanılan ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə bir ədəd əl qumbarası, bir ədəd partladıcı və 17 ədəd 9 mm patron aşkar edilərək götürülüb.

    Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.


    Narkotacirin evindən silah və döyüş sürsatları aşkarlandı - FOTO
    Narkotacirin evindən silah və döyüş sürsatları aşkarlandı - FOTO
    Narkotacirin evindən silah və döyüş sürsatları aşkarlandı - FOTO
    Narkotacirin evindən silah və döyüş sürsatları aşkarlandı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər