18 min illik pozulmamış heyvan cəsədi tapıldı

18 min illik pozulmamış heyvan cəsədi tapıldı
  • Maraqlı

  • Sibirin şərqində 18 min il öncə yaşadığı ehtimal edilən heyvan cəsədi tapılıb.

    Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, iki aylıq ikən öldüyü düşünülən heyvanın it yoxsa qurd olduğu hələlik müəyyən edilməyib. Cəsəd donmuş torpaq qatının altında aşkarlanıb. Doqor (yakutiya dilində dost) adı verilən heyvanın bütün dişlərinin yerində olduğu, hətta kipriklərinin belə pozulmamış olması alimləri təəccübləndirib.

    İsveç Paleogenetik Mərkəzində qabırğa sümükləri üzərində aparılan araşdırma zamanı məlum olub ki, tapılan heyvan Buz dövrünün son mərhələsində yaşayıb və cinsi erkəkdir.

    Qeyd edək ki, 2017-ci ildə aparılan tədqiqatla itlərin 20-40 min il öncə qurdlardan törəmiş ola biləcəkləri öyrənilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər