"Dostlar, hazırlaşın, deputatlığa namizədliyimi irəli sürürəm" - Azərbaycanlı aktrisa

"Dostlar, hazırlaşın, deputatlığa namizədliyimi irəli sürürəm" - Azərbaycanlı aktrisa
  • Mədəniyyət

  • Növbədənkənar parlament seçkiləri ərəfəsində Milli Məclis üzvlərinin gəncləşəcəyi ilə bağlı sosial mediada yayılan məlumatlar bir çox gəncləri ümidləndirib.

    Asiya.az xəbər verir ki, seksual səhnə obrazı ilə seçilən açıq sözlü teleaparıcı və aktrisa Könül Yusifqızı da deputat olmaq niyyətindədir.

    Könül bu haqda şəxsi "Facebook” hesabında məlumat paylaşıb.

    "Dostlar, hazırlaşın, deputatlığa namizədliyimi irəli sürürəm. Varmı dəstəkləyənlər?”

    Aktrisanın millət vəkili olmasına bir çox izləyicilər "Niyə də yox?” şərhini yazaraq, onun bu addımını dəstəkləyiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər