"Ulu Göyçə"nin AA seriyalı avtomobili qaydaları necə pozur? - VİDEO

"Ulu Göyçə"nin AA seriyalı avtomobili qaydaları necə pozur? - VİDEO
  • Araşdırma / Manşet / Olay / Asiya TV

  • Noyabrın 29-da, saat 17 radələrində Zərdabi küçəsi, Qələbə dairəsində 10 AA 322 dövlət qeydiyyat nişanlı “Mercedes Benz S 560” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığının sönməsini sona qədər gözləməyib hərəkəti davam etdirməyi kameralara düşüb.

    Asiya.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb. Belə qayda pozuntusuna görə əksər zaman qəzalar baş verir. Hətta ağır nəticələrlə sonlanır. Bundan əlavə adətən bu cür seriyalı avtomobillər ya məmurların xidməti maşınlarl olur, ya da şirkətlərə verilir.

    Asiya.az apardığı araşdırmalar nəticəsində sözügedən avtomobilin “Ulu Göyçə” MMC-yə məxsus olduğu aşkarlanıb. Avtomobilin idarə etmə hüququ Eyvazov Kənan Rəsul oğluna aiddir.

    Asiya.az-ın əməkdaşı “Ulu Göyçə” MMC ilə əlaqə saxlayıb məsələylə bağlı açıqlama istəsə də, qarşı tərəf məlumat verməkdən imtina edib.

    Bu növbəti sahibkar özbaşınalığıdı. Düzdür, biz iddia etmirik ki, avtomobili idarə edən şəxs şirkətin sahibidi, ya da yetkilisidi, ola bilər sürücüsü olsun. Amma bütün hallarda məsuliyyəti həmdə avtomobil sahibi daşıyır. Ölkə başçısı dəfələrlə çıxışında məmurlara səslənərək sahibkarları incitməməyi, azad iqtisadiyyata mane olmamağı tapşırıb. Amma bu çıxışlardan bəzi fürsətçilər aşırı dərəcədə istifadə edərək özbaşınalıqlar edir. Olmazmı işıqforun yaşıl işığının yanmasını gözləmək? Bir neçə saniyəlik gözləmək bu qədərmi çətindi? Axı bu cür hərəkətlər çox zaman qəzalarla nəticələnir.

    Video görüntünü təqdim edirik:


    PAYLAŞ:

    Oxşar xəbərlər