“Bakcell”internetin qiymətini qaldırdı - FOTOLAR

“Bakcell”internetin qiymətini qaldırdı - FOTOLAR
  • Araşdırma / İqtisadiyyat / Manşet

  • “Bakcell” internetin qiymətini qaldırıb.

    Asiya.az xəbər verir ki, istifadəçilərə noyabrın 29-dan Biznes internet paketlərinin qiymətlərini qaldırılmasıyla bağlı mesaj göndərilib.

    “Diqqət! 29.11.2019-da Business internet paketlərində qiymət dəyişiləcək. Yenilənmə zamanı sizin 50GB-liq paket 24 AZN olacaq. 50 GB bitəndən sonra xidmət 250 MB/1AZN ilə hesablanacaq. Bakcell sizə sərfəli qiymətə ən hüksək mobil internet təqdim etməyə davam edir”, - abunəçilərə göndərilən mesajda qeyd edilib.

    Bu isə haqlı olaraq abunəçilərin narazılığına səbəb olub. Sosial şəbəkələrdə “Bakcell” abunəçiləri şirkəti tənqid ediblər. İstifadəçilər abunədən imtina edəcəklərini deyirlər. Belə ki, 5 GB 6 manatdan 8 manata, 10 GB 9 manatdan 12 manata, 20 GB 14 manatdan 19 manata, 50 GB 19 manatdan 24 manata qalxıb.
    “Bakcell” abunəçiləri deyirlər ki, şirkətin internet sistemi digər mobil operatorlarla müqayisədə çox zəifdi. Paytaxtın bir çox yerlərində, eləcə də bölgələrdə 4G tutmur. Amma qiymətə görə insanlar “Bakcell”dən istifadə edirdi. Bu artımdan sonra telefon istifadəçiləri digər mobil operatorlara üz tutacaqlarını deyirlər.
    “Əgər digər operatorlarla qiymət eyni olacaqsa niyə biz “Bakcell”dən istifadə etməliyik? İnternet zəif, çox yerdə tutmur, şəbəkə tez-tez itir. Ondansa yeni opeartora keçib daha keyfiyyətli internetlə təmin olarıq”, - deyə istifadəçilərdən biri Asiya.az-a bildirib.

    Bir çox “Bakcell” istifadəçisi isə sosial şəbəkələrdə status yazaraq öz narazılıqlarını bildiriblər.
    “Bakcell”internetin qiymətini qaldırdı - FOTOLAR
    “Bakcell”internetin qiymətini qaldırdı - FOTOLAR
    “Bakcell”internetin qiymətini qaldırdı - FOTOLAR

    “Bakcell” isə nədən belə bir addım atdığını izah etməyib. Niyə internetin qiyməti artıb? Hansı zərurət yarandı ki, istifadəçilərə belə bir “hədiyyə” edildi? İnternetin sürəti artacaqmı? Hələlik şirkət bu suallara cavab verməyib.

    Mövzunu diqqətdə saxlayacağıq.

    Asiya.az



    “Bakcell”internetin qiymətini qaldırdı - FOTOLAR
    “Bakcell”internetin qiymətini qaldırdı - FOTOLAR
    “Bakcell”internetin qiymətini qaldırdı - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər