Azərbaycanlı qadın "VTB Bank"ın prezidenti ilə sevgili olub, milyardlar qazandı (FOTO)

Azərbaycanlı qadın "VTB Bank"ın prezidenti ilə sevgili olub, milyardlar qazandı (FOTO)
  • Cəmiyyət / Manşet

  • Rusiyada Korrupsiya ilə Mübarizə Fondu orada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Nailə Əsgərzadənin "Bombardier Global 6000" təyyarəsinə və 62 metrlik yaxtaya sahib olduğunu ortaya çıxarıb.

    Asiya.az axşam.az-a istinadən xəbər verir ki, jurnalistin bu qədər var-dövləti necə əldə etdiyi maraq doğurub. Bəlli olub ki, Əsgərzadə "VTB Bank"ın prezidenti Andrey Kostinlə eşq yaşayır. Təyyarə də elə bankın nəzdində olan şirkətlərdən birinin hesabına daxildir.

    Azərbaycanlı qadın "VTB Bank"ın prezidenti ilə sevgili olub, milyardlar qazandı (FOTO)

    KMF isə dəyəri 60 milyon dollar olan təyyarənin Nailəyə yalnız kirayəyə verildiyini açıqlayıb. Onun uçuş zamanı hər 1 saat üçün təyyarəyə 559 min rubl (14 min manat) ödədiyi bildirilib. Jurnalist təkcə 2019-cu ildə sözügedən təyyarə ilə 51 saatdan çox uçuş reallaşdırıb.

    Digər bir məqam isə faktlarda Nailənin yaxta və təyyarədən Andrey Kostinlə özəl görüşlər zamanı istifadə etdiyinin vurğulanması olub.

    Lazımi qurumlardan məsələ ilə bağlı fikir öyrənilib. Bildirilib ki, bir jurnalistin aldığı maaşla bütün bunları etməsi mümkünsüzdür.

    Azərbaycanlı qadın "VTB Bank"ın prezidenti ilə sevgili olub, milyardlar qazandı (FOTO)

    Qeyd edək ki, bundan əvvəl də Nailə sahib olduğu mülklərlə gündəmə gəlmişdi. Rusiya mediası azərbaycanlı jurnalistin Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadratmetrlik əraziyə sahib olduğunu yazmışdı. Onun qiyməti 45 milyon dollardır.

    Əsgərzadənin Moskvada başqa bir yerdə 53 sot torpaq ərazisi və içərisində 923 kvadratmetr villası, eyni zamanda məşhur yaşayış kompleksində 2 mənzili var. Nailə həmçinin 2011-ci ildə 229 kvadratmetrlik, 2014-cü ildə isə 155 kvadratmetr ərazisi olan evlər alıb.

    Azərbaycanlı qadın "VTB Bank"ın prezidenti ilə sevgili olub, milyardlar qazandı (FOTO)

    Bank müdiri Nailəyə elit-sinif avtomobilləri (BMW 325I, BMW 650I X-Drive, BMW X5 X-Drive 50I), malikanə və bir çox bahalı hədiyyələr də edib.

    Rus mediasının məlumatına görə, Kostinin Nailəyə bağışladığı hədiyyələrin ümumi qiyməti milyard dolları ötüb.

    Azərbaycanlı qadın "VTB Bank"ın prezidenti ilə sevgili olub, milyardlar qazandı (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər