Bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə 20 milyon vəsait ayrılıb.
Asiya.az-ın redaktor.az-a istinadən məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, mövcud vəsait əhaliyə sosial elektron xidmətlərin göstərilməsinə daha çox yönəldilməlidir. Ümumiyyətlə, sosial sahədəki islahatlar əhalinin yaşam səviyyəsini daha da yaxşılaşdıracaq:
"Gələn il də büdcədən sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində artım proqnozlaşdırılır. Belə ki, 2020-ci ilin dövlət büdcəsində sosial xərclərin ümumü büdcə xərclərindəki payı 38,5 faiz olacaq. Əmək haqlarının verilməsi üçün büdəcədən birbaşa 7 milyard manata yaxın vəsait ayrılacaq. Təqaüd və pensiyaların verilməsi üçün isə büdəcədən ayrılan birbaşa vəsait 13.2 milyard manat olacaq. Ümumlikdə, büdcədənin sosial yönümlü hissəsi onu deməyə əsas verir ki, 2020-ci ildə də əmək haqqları və pensiylarda artım olacaq”.