Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Yardımlıda vətəndaşları qəbul etdi - FOTO

Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Yardımlıda vətəndaşları qəbul etdi - FOTO
  • Siyasət

  • Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 6-da Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Rayon Məhkəməsinin inzibati binasında rayon sakinləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

    Asiya.az xəbər verir ki, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin, mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub.

    Qəbulda vətəndaşlar tərəfindən məhkəmə orqanlarına aid müxtəlif məsələlər qaldırılmışdır.


    Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Yardımlıda vətəndaşları qəbul etdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər