“Ermənilər Bakıda”videosunu çəkənlərin kimliyi bilindi - VİDEO

“Ermənilər Bakıda”videosunu çəkənlərin kimliyi bilindi - VİDEO
  • Olay / Asiya TV

  • 2019-cu ilin noyabr ayının 2-də sosial şəbəkələrdə Bakının Səbail rayonu, Dənizkənarı bulvar ərazisi boyunca guya milliyyətcə erməni olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışmaları, qeyri-etik ifadələr işlətmələri ilə bağlı videogörüntü yayılıb.

    "Ermənilər Bakıda" başlığı ilə paylaşılan həmin video geniş müzakirələrə səbəb olub.

    Asiya.az-ın İTV-yə istinadən məlumatına görə, araşdırma nəticəsində bəlli olub ki, videodakı şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılar Xasıyev Nizam İsa oğlu, onun oğlu və qardaşı Akif Xasıyevdir. Onlar bu ilin oktyabr ayında toy mərasimində iştirak etmək üçün Bakıya gəliblər. Sözügedən videogörüntülər həmin ərəfədə lentə alınaraq paylaşılıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər