Abonentlərin cibinə girən şirkət - Bakcell

Abonentlərin cibinə girən şirkət - Bakcell
  • Araşdırma / İqtisadiyyat / Manşet

  • Son illərdə Bakcell-in əhalini müxtəlif yollar ilə aldadaraq milyonlarla manat gəlir əldə edərək abonentlərin cibinə girir və minlərlə vətəndaşı dövlətdən narazı salır.

    Asiya.az xəbər verir ki. Əfqan Əliyev adlı sosial şəbəkə istifadəçisi belə bir audio məlumat yayıb.

    Beləki, Bakcell-in müxtəlif fırıldaqlarının qurbanı olan abonent, hüquqlarının pozulduğunu deyib. O bildirib ki. məlum problemlə bağlı Bakcell-li məlumatlandırıb. Bakcell vətəndaşın şikayətin dinləyib haqq versədə, hər hansı bir tədbir görməyib.

    Hüquqlarının bərpasını tələb edən şikayətçi onuda bildirib ki. şirkət əhalini dövlətdən və prezidentindən narazı salmaq, beynəlxalq səviyyədə Azərbaycanın simasında qanunların işləmədiyi qeyri-demokratik dövlət imici formalaşdırır. Və təssüflər olsun ki, bunu Bakcell edir.

    Redaksiyamıza şikayət edən digər Bakcell müştərisi Emin Məmmədov da adı çəkilən qurumdan şikayətçidir. O deyir ki, Bakcell nömrəsindən internetdən istifadəyə görə, hər ay 10 manatlıq eksel paketi ilə ödəmə etsə də, onun xidmətindən yararlana bilmir: "Faktiki olaraq telefonda internetin olduğu göstərilir. Ancaq vatsap vasitəsi ilə yazı gondərə bilmirəm. Çünki internet yoxdur. Halbuku adı çəkilən qurumla imzaladığım anlaşmaya görə telefonumda 1000 meqabayt internet olmalıdır",-deyir.

    Bakcell-in abunəçilərini bu qədər incitməsi isə adı çəkilən qurum tərəfindən istər-istəməz insanlarda əhalini dövlətdən və prezidentdən narazı salmaq ehtimalını ortaya çıxarır. Belə bir ehtimalın ortaya çıxmasına səbəb isə son illərdə Bakcell-dən edilən şikayətlərin sayının durmadan artması ilə bağlıdır.

    Analoji şikayətlərin sayı isə kifayət qədərdir.

    Audio səs yazısını olduğu kimi təqdim edirik:

    Asiya.az


    PAYLAŞ:

    Oxşar xəbərlər