“EuroHome”dakı yanğınla bağlı rəsmi açıqlama (Video+Foto/YENİLƏNİB)

“EuroHome”dakı yanğınla bağlı rəsmi açıqlama (Video+Foto/YENİLƏNİB)
  • Manşet / Olay

  • Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.

    Asiya.az xəbər verir ki, FHN-dən bildirilib ki, Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd "BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğınsöndürənlərin şücaəti ilə yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

    Hazırda araşdırma işləri davam etdirilir.





    10:31

    Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

    Asiya.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində yanğınla bağlı "Çağırış 3" elan olunub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Yanğın zamanı 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

    09.06

    Bakıda ticarət mərkəzində yanğın başlayıb.

    Asiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

    Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Hazırda yanğının qarşısının alınmasını istiqamətində tədbirlər görülür.




    “EuroHome”dakı yanğınla bağlı rəsmi açıqlama (Video+Foto/YENİLƏNİB)
    “EuroHome”dakı yanğınla bağlı rəsmi açıqlama (Video+Foto/YENİLƏNİB)
    PAYLAŞ:

    Oxşar xəbərlər