Xəyanətə uğramış ər arvadının sevgilisini zorladı - Bakıda

Xəyanətə uğramış ər arvadının sevgilisini zorladı - Bakıda
  • Olay

  • Bakının ən kriminal rayonu olan Binəqədidə kişi arvadının sevgilisini qəddarcasına cəzalandırıb.

    Dekabrın 11-də ləyaqəti alçaldılmış Kazanova polisə müraciət edərək, baş verənləri olduğu kimi danışıb.

    Asiya.az xəbər verir ki, bu barədə "oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Hadisə dekabrın 10-da, saat 21:00 radələrində Binəqədi qəsəbəsində baş verib.

    Sabirabad rayonunun 24 yaşlı sakini E.Z. (aydın səbəblərdən adını çəkmirik) tanışıgilə qonaq gedir. Lakin sevgililərin romantik görüşü qadının 56 yaşlı ərinin qəfil gəlişi ilə yarımçıq qalıb.

    Qadının sevgilisi gizlənməyə imkan tapmır. Ev sahibi onu tutaraq, ona qarşı cinsi xarakterli hərəkət etdikdən sonra buraxıb. Alçalmış, ancaq sağ qalan E.Z. 43-cü Polis Bölməsinə müraciət edib.

    Ancaq aldadılmış ərin ona xəyanət və cəza məsələlərinə belə qeyri-standart yanaşması hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaşqınlığa salıb. Sonuncular hələ də aldadılmış ərin hərəkətlərini necə qeydiyyatdan keçirəcəyini düşünürlər.

    Qeyd edək ki, Cinayət Məcəlləsinin 149-cu (Zorlama) maddəsi ilə dörd ildən səkkiz ilədək həbs cəzası nəzərdə tutulur.
    PAYLAŞ:

    Oxşar xəbərlər