"Müxalifətdəki partiyalar seçkilərdə iştirakla bağlı fərqli mövqeyə malikdir" — Pənah Hüseyn

"Müxalifətdəki partiyalar seçkilərdə iştirakla bağlı fərqli mövqeyə malikdir" — Pənah Hüseyn
  • Siyasət / Manşet

  • Növbədənkənar parlament seçkilərinin keçirilməsi son günlərin ən aktual məsələləri sırasındadır...

    Bəs bu seçkilər müxalifətin birliyinə stimul verə bilərmi?

    Asiya.az xəbər verir ki, Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn müxalif partiyaların seçkilərlə bağlı fərqli müansibət sərgilədiyini vurğuladı:

    “Müxalifətdəki partiyalar seçkilərə bağlı fərqli mövqe ortaya qoyub. AXCP seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edib. Müsavat Partiyası isə seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib.

    Seçkilərdə iştirakla bağlı bu cür fərqli mövqe müəyyən ayrılıqlara səbəb olur. Bu baxımdan bu seçkilərin müxalifətdaxili münasibətlərdə müəyyən problemlər yaratması istisna deyil. Çalışmaq lazımdır ki, bu fəsadlar mümkün qədər az olsun”.
    PAYLAŞ:

    Oxşar xəbərlər