Son dəqiqə! Yığma komandamızın baş məşqçisi və U-17 komandasının baş məşqçisi istefaya göndərildilər

Son dəqiqə! Yığma komandamızın baş məşqçisi və U-17 komandasının baş məşqçisi istefaya göndərildilər
  • İdman

  • Hazırda AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilir.

    Qapalı təşkil olunan yığıncaqda millimizin baş məşqçisi Nikola Yurçeviçin hesabatı dinlənilib və onunla bağlı qərar qəbul olunub. Xorvatiyalı mütəxəssis tutduğu vəzifədənb istefaya göndərilib.

    Qeyd edək ki, Yurçeviç ötən ilin fevralında millinin sükanı arxasına keçmişdi. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurub.

    AFFA İcraiyyə Komitəsi (İK) aşağı yaş qruplarındakı milli komandalarla bağlı qərar verib.

    Bu barədə "Report”a İK-nın üzvü Vafiq Sadıqov məlumat verib.

    O bildirib ki, U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb.

    Əvəzində U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç və və U-19-a rəhbərlik edən Samir Əliyevin müqaviləsi uzadılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər