İcra Hakimiyyətinin şöbə müdiri intihar etdi

İcra Hakimiyyətinin şöbə müdiri intihar etdi
  • Olay

  • Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib.

    Asiya.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, E.Əlizadənin intihar etməsinin səbəbi bilinmir. Mərhum dünən Yasamal qəbirstanlığında dəfn edilib.

    Nərimanov Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elmar Əlizadənin intiharı peşə fəaliyyətilə bağlı deyil. Bunu isə Yenisabah.az-a Nərimanov rayonunun icra başçısının müavini Şahmar İbadov bildirib.

    Onun sözlərinə görə, Elmar Əlizadə kifayət qədər peşəkar kadr olub. “4 dil bilirdi. Çox peşəkar kadr idi. Hamımız şokdayıq”.

    İntiharın səbəblərinə gəlincə, o deyib: “Deyirlər ki, hadisə ailə münaqişəsi zəmnində baş verib. Lakin təfərrüatları bilmirik. Açığı əvvəl eşidəndə inana bilmədik və hələ də bu hadisənin şokunu yaşayırıq”.

    Qeyd edək ki, E.Əlizadə bundan əvvəl Xarici İşlər Nazirliyində çalışıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər