Ən yaxşı kulinariya kitabının təqdimatı oldu - FOTOLAR

Ən yaxşı kulinariya kitabının təqdimatı oldu - FOTOLAR
  • Sosial

  • Dünya Qurman Mükafatı Sərgisində ən yaxşı kulinariya kitabı adına layiq görülmüş "Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabı ictimaiyyətə geniş təqdim edilib.

    Asiya.az xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə “Hilton Bakı”oteldə"Azərbaycan mətbəxində Dolmalar:381 çeşid" kitabı ictimaiyyətə təqdim edilib. Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova xalqımızın əsrlər boyu yaratdığı və çağdaş dövrümüzə gəlib çatmış süfrə mədəniyyətimizin olduqca zəngin olduğunu və bu gün də dünyanı heyran qoyduğunu vurğuladı.

    Azərbaycanı dünyaya tanıdan milli mətbəximizin zənginliyi haqqında məlumat verən təşkilat sədri qeyd etdi ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbərliyi ilə ərsəyə gələn "Azərbaycan mətbəxində Dolmalar: 381 çeşid" kitabı dünyanın ən yaxşı qurman kitabı seçilməsi ölkəmiz üçün böyük uğur və sevincdir. " Ölkəmizin Birinci vitse prezidenti Mehriban xanım Əliyeva ölkəmizin milli mədəni irsi, eləcə də mətbəx mədəniyyətinin təbliğinə də böyük dəstək göstərir. Məhz bunun nəticəsidir ki, dolma YUNESKO tərəfindən ölkəmizin qeyri-maddi mədəni irs nümunəsi kimi təsbit edildi. Bu kitabın ilk təqdimat mərasimində biz də təşkilat olaraq iştirak etmişdik. Kitabın beynəlxalq arenadakı yaxşı mənada əks səda doğurması, uğur qazanması hamımızın uğurudur. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq qərara aldıq ki, bu dəyərli kitab ikinci dəfə nəşr edilsin və daha geniş ictimaiyyətə təqdim edilsin. Bu kitablardan xaricdə yaşayan diaspor təşkilatlarına, müvafiq qurumlara, kitabxanalara hədiyyə edəcəyik. Düşünürəm ki, bu ölkəmizin hüdudlarından kənarda birinciliyə layiq görülmüş kitabın daha geniş təbliğ edilməsi baxımından faydalı olacaq. Kitabın ərsəyə gəlməsində əməyi keçən Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir bəyə və digər üzvlərinə təşəkkür edirik."

    Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov kitabın ikinci dəfə nəşrinə və təqdimatına görə CBS nəşriyyatına və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırovaya təşəkkür etdi. O, Prezident İlham Əliyevin 2011-ci ildə AMEA-dakı proqram xarakterli çıxışında milli mətbəximizin ermənilər tərəfindən oğurlanması, müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışmasına toxunduğunu xatırlatdı:" Prezidentin dolmanın adını çəkməsi və "biz öz milli, mədəni irsimizi qorumalıyıq"--deməsi ilə bizə bununla fəaliyyət istiqamətimizi göstərdi və biz bunu prezidentimizin əmri kimi qəbul etdik. Görülən işlər sayəsində dolma reseptlərinin toplanması, patentləşdirilməsi, dövlət poçt markalarında əks etdirilməsi, dolma festivalların keçirilməsi həyata keçirildi. Müxtəlif regionlarımızdan zəngin dolma reseptləri topladıq ki, onlar da bu kitabda əksini tapdı. Ölkəmizin Birinci vitse prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və nüfuzu sayəsində görülən işlərin nəticəsi kimi milli yeməyimiz olan dolma YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil edildi. Odur ki, kitab ölkəmizin Birinci vitse prezidenti , Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevaya ithaf edilib.
    Qeyd edim ki, kitabda əks olunmuş 381 dolma nüsxələri ölkəmizin bütün kənd və rayonlarından toplanıb.10 dolma resepti patentləşdirilib."
    Milli Kulinariya Mərkəzi bu il kitabın Çinin Makao şəhərində keçirilmiş Dünya Qurman Mükafatı sərgisində 2018-ci ildə çapdan çıxmış kulinariya kitabları arasında UNESKO-nun ən yaxşı kulinariya kitabı adına layiq görüldüyünü, bu nailiyyətin müəllifinin məhz Azərbaycan xalqı olduğunu vurğuladı. Qeyd etdi ki, Mərkəz gələcəkdə İrəvan mətbəxi ilə bağlı da kitab hazırlamaq niyyətindədir.

    Milli Məclisin V çağırış üzrə deputatı, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva Azərbaycan mətbəx mədəniyyətinin tanıdılması, müxtəlif beynəlxalq tədbir və festivallarda ölkəmizi yüksək səviyyədə təmsil etməsində Milli Kulinariya Mərkəzinin, xüsusilədə Tahir Əmiraslanovun böyük zəhməti olduğunu vurğuladı: “Tahir Əmiraslanov milli süfrə mədəniyyətimizin tanıdılması və təbliği işində fədakarlıqla çalışan ziyalılarımızdandır. Nəşr edilmiş bu kitab milli mətbəx mədəniyyətimizi tanıtmaq baxımından olduqca önəmlidir. Hər bir xalq öz mədəniyyəti ilə tanınır.Bu gün mədəniyyətimizin bir hissəsi olan mətbəx mədəniyyətinin öyrənilməsi və dünyada təbliği, bu sahədə bu cür önəmli kitabların yazılıb nəşr edilməsi çox əhəmiyyətli və vacibdir.Sevincli haldır ki, bu tədbirdə Türkiyədən dəyərli ziyalılarımızdan olan sənətçi İsmayıl Haqqı Erdoğmuş, jurnalist Seyfulla Türksoy, eləcə də bizim dəyərli ziyalımız Əhməd Ağaoğlunun adını daşıyan nəticəsi də iştirak edir. Əhməd bəyAğaoğlu istər Azərbaycan, istərsə də Türkiyə üçün bir çox işlər görmüş, “Difai” təşkilatının yaradıcılarından olan ziyalılarımızdan olub.Əhməd bəyin adını daşıyan nəticəsinin əsərləri bir çoxlarına tanışdır. Lakin onun “Gülpəmbə” əsərini tanımayan və sevməyən yoxdur. Sizi vətəninizdə görməkdən şadıq.”

    Sonar Türkiyədə yaşayan Əhməd Güvenç çıxış edərək Vətəndə, belə bir tədbirdə olmaqdan məmnun olduğunu dilə gətirdi. Türkiyədən qonaq gəlmiş sənətçi İsmayıl Haqqı, Seyfulla Türksoy Azərbaycan mətbəxinin zəngin olduğunu, bu cür kitabların əhəmiyyətini vurğuladılar.

    Daha sonar çıxış edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Nigar Həsənzadə, Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev, Qarabağ qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər təşkilatının rəhbəri Mübariz Quliyev, Milli QHT Forumunun sədr müavini İradə Rzazadə, hüquqşunas Südabə Məmmədova və digər qonaqlar çıxış edərək milli kulinariyamızın daha geniş təbliği və tanıdılmasında bu cür nəşrlərin əhəmiyyətini vurğuladılar. Qeyd edildi ki, bu cür nəşrlər beynəlxalq arenada əcnəbi dillərdə də nəşr edilməsi olduqca vacibdir.

    Daha sonar kitabın hazırlanmasında əməyi keçən həmmüəlliflərə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi adından plaketlər təqdim edilib və xatirə şəkli çəkdirilib. Tədbir iştirakçılarının hər birinə kitab hədiyyə edilib.


    Ən yaxşı kulinariya kitabının təqdimatı oldu - FOTOLAR
    Ən yaxşı kulinariya kitabının təqdimatı oldu - FOTOLAR
    Ən yaxşı kulinariya kitabının təqdimatı oldu - FOTOLAR
    Ən yaxşı kulinariya kitabının təqdimatı oldu - FOTOLAR
    Ən yaxşı kulinariya kitabının təqdimatı oldu - FOTOLAR
    Ən yaxşı kulinariya kitabının təqdimatı oldu - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər