Ekspert: “Bu amil sərnişinlərin tramvaya üstünlük verməsində həlledici olacaq” (RƏY)

Ekspert: “Bu amil sərnişinlərin tramvaya üstünlük verməsində həlledici olacaq” (RƏY)
  • Hərb / İqtisadiyyat

  • İctimai sərnişin daşınmasının çoxşaxəliliyi (diversifikasiyası) müasir çağırışlardan biridir. Müxtəlif alternativlərin olması sərnişin məmnunluğunun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Belə alternativlərdən biri də tramvaydır.

    Vaxtilə Azərbaycanda mövcud olmuş bu nəqliyyat növünün bərpası əhəmiyyətlidirmi və tramvayın üstünlükləri nədən ibarətdir?

    Asiya.az xəbər verir ki, bu məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, tramvayların istifadəyə verilməsi ilə tıxacların aradan qaldırılmasına müəyyən mənada nail olunacaq: "Tramvayların bərpası ideyası çox əhəmiyyətlidir və başa düşüləndir. Gələcək zamanlarda bu nəqliyyat vasitəsi istifadəyə verilərsə, sərnişinlərin müəyyən qismi məhz tramvaydan istifadə edəcək. Bu zaman digər nəqliyyat növlərinə yük düşməyəcək və onlarla bağlı olan mövcud gərginlik bir qədər aradan qalxacaq. Beləliklə, müəyyən mənada tıxacların aradan qaldırılmasına nail olunacaq.

    Ekspert: “Bu amil sərnişinlərin tramvaya üstünlük verməsində həlledici olacaq” (RƏY)

    "Hərəkətin xüsusi ayrılmış və adətən maneələrlə əhatə olunan xətt üzrə həyata keçirilməsi onun intensivliyini təmin edəcək”


    "Tramvayda sürət həddi cox da yüksək deyil. Belə olan halda, o, təhlükəsiz nəqliyyat vasitəsidir və qəzalar demək olar, yox səviyyəsindədir. Bununla yanaşı, tramvay həm də ekoloji cəhətdən də səmərəlidir.

    Bu nəqliyyat növünün maddi baxımdan nə dərəcədə sərfəli olub-olmaması məsələsinə gəlincə, keçmiş təcrübəyə nəzər salsaq görərir ki, digər nəqliyyatda gediş haqqı 5 qəpik idisə, tramvayda 3 qəpik təşkil edirdi. Digər mühüm amil hərəkətin intensivliyidir. Əsas məsələ isə ondan ibarətdir ki, hərəkətin xüsusi ayrılmış və adətən maneələrlə əhatə olunan xətt üzrə həyata keçirilməsi onun intensivliyini təmin edəcək. Bu amil sərnişinlərin tramvaya üstünlük verməsində həlledici olacaq".

    Xatırladaq ki, Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda tramvay nəqliyyatının bərpası imkanlarının araşdırılması nəzərdə tutulur. Bununla əlaqədar biznes plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbələrini əhatə edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər