Beyləqanda İcra başçısı müavinini qəbula buraxmadı

Beyləqanda İcra başçısı müavinini qəbula buraxmadı
  • Siyasət, Araşdırma, Manşet

  • Beyləqan İcra Hakimiyyətində kuriyoz hadisə baş verib. Başçı Asif Ağayevin göztərişi ilə birinci müavini Telman Məstanov qəbuldan çıxarılıb..

    Asiya.az xəbər verir ki, bu hadisə qəbula gələnlərin gözləri qarşısında baş verib. pia.az-a Beyləqandan daxil olan məlumata əsasən İcra Hakimiyyətindəki qəbulda iştirak etmək üçün tədbir başlamazdan əvvəl zala gələn Telman Məstanov başçının təlimatı ilə qəbuldan çıxarıblar. Belə ki, başçının köməkçisi Məstanova yaxınlaşaraq Asif Ağayevin onu burda görmək istamadiyini deyib və zalı tərk etməsini istəyib.

    Telman Məstanov da sakitcə zaldan çıxaraq sahibi olduğu "Likoil" yanacaq doldurma məntəqəsinə gedib. Qeyd edək ki, Asif Ağayev Beyləqana başçı təyin olunduqdan sonra Telman Məstanovla yola getmədiyini və onu işdən çıxarmaq istədiyini, lakin buna nail olmadığını rayonda çoxdan danışılır.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq.

    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər