“Kirayə pulunu ödəyə bilməsək üç övladımla yeni ili çöldə qeyd edəcəm” – MƏCBURİ KÖÇKÜN (FOTO)

“Kirayə pulunu ödəyə bilməsək üç övladımla yeni ili çöldə qeyd edəcəm” – MƏCBURİ KÖÇKÜN (FOTO)
  • Sosial / Araşdırma / Manşet

  • Ağdam rayonu, Eyvazxanbəyli kəndinən olan məcburi köçkün Gülxar Məhərrəmova üç övladıyla birgə evsiz qala bilər.

    Asiya.az xəbər verir ki, acınacaqlı vəziyyətdə yaşayan ailə, kirayə pulunu ödəyə bilməsə 2020-ci ilin gəlişini çöldə qeyd etmək məcburiyyətində qala bilər. Gülxar Məhərrəmova bildirir ki, övladlarının birinci sinif təhsili belə yoxdur. Dəfələrlə qrumlara müraciət etsə də müraciətinə baxılmır.
    Məcburi köçkün ailəsi, saytımız vasitəsilə ölkə başçısına müraciət ünvanlayıb:

    “Hörmətli cənab Prezident, Mən, Məhərrəmova Gülxar Ağdam rayonu Eyvazxanbəyli kəndindən məcburi köçkünəm. Hazırda üç uşağımla – bir oğlan və iki qız övladımla tək yaşayıram. 1996-cı ildən, Binəqədi rayonunda məskunlaşmışam. Hazırda qedyiyyatsız yaşayıram. Vəziyyətimiz çox acınacaqlıdır. Binəqədi rayonu, 47-ci korpus, ev 271-də həyət evində olan köhnə tikilidə kirayədə yaşayırıq. Aylıq 160 azn kirayə pulu ödəyirəm. Qaz, su və işiq ödənişiylə birlikdə aylıq 260 azn pul ödəyirik. İşsizəm. Hara müraciət etsəm də işə düzələ bilmirəm. Gündəlik iş olanda təmizlik işinə gedirəm. Olmayanda isə, ailəlikcə ac qalırıq. Övladlarımın təhsili yoxdur. Birinci sinifi belə oxumayıblar. Dəfələrlə Sosial Müdafiə Nazirliyinə müraciət etsəm də şikayətimə baxılmır. Ev və maddi problemimizlə bağlı Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə də müraciət etmişəm. Qapıdan belə buraxmayıblar. Hara gedirəm, iş vermirlər ki, çalışım övladlarımı saxlayım. Özümdə hazırda xəstəyəm. Müalicə olunmağa pulum yoxdur. Böyük qızım da məcburiyyətdən gündəlik iş olanda mebel sexinə gedir. O da hazırda asma xəstəliyinə tutulub. Hörmətli cənab Prezident, Siz xalqımızın maddi rifah halı durmadan yaxşılaşdırılması naminə gördüyünüz işlər sayəsində sosial sahədə də böyük nailiyyətlər qazanılmışdır. Ölkəmizin hər bir guşəsi, hər bir yaşayış məntəqəsi inkişaf etmişdir. Bu istiqamətdə işlər davam etdirilməkdədir. Lakin cənab Prezident, sizin gördüyünüz işlərə kölgə salmaq istəyənlər vardır. Məcburi köçkün kimi çox pis vəziyyətdəyik. Ayın axırı kirayə pulunu ödəyə bilməsək, yeni ili üç övladımla bərabər küçədə keçirmək məcburiyyətində qalacayıq”.
    Asiya.az

    “Kirayə pulunu ödəyə bilməsək üç övladımla yeni ili çöldə qeyd edəcəm” – MƏCBURİ KÖÇKÜN (FOTO)
    “Kirayə pulunu ödəyə bilməsək üç övladımla yeni ili çöldə qeyd edəcəm” – MƏCBURİ KÖÇKÜN (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər