Nazirin Murad Dadaşovu təbrik etməsi etirazla qarşılandı — FOTO

Nazirin Murad Dadaşovu təbrik etməsi etirazla qarşılandı — FOTO
  • Cəmiyyət

  • Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Xalq artisti Murad Dadaşovu doğum günü münasibətilə təbrik edib...

    Asiya.az-ın xəbərinə görə, təbrik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

    Təbrikdə deyilir: “Hörmətli Murad Dadaşov! Sizi ad gününüz münasibətilə təbrik edir, ekoloji məsələlərə göstərdiyiniz həssaslıq üçün minnətdarlığımızı bildirir, işlərinizdə müvəffəqiyyətlər arzu edirik”.

    Nazirliyin bu paylaşımı sosial şəbəkədə istifadəçilərinin narazılığına səbəb olub. Paylaşıma “Bunun nə dəxli var idi sizin fəaliyyətinizə?! Təbiət üçün hansı həssas yanaşmasına görə belə təqdir edirsiniz?!”, “Yaxşısız?”, “Ayıb deyil sizə? Bir şəhidin anımını belə etmirsiniz...”, “Siz ekoloji məsələ qulplayırsınız?”, “Niyə Şəkidə kürünən meşə və kolluq ərazisi ilə bağlı açıqlama vermirsiniz? Həmin əraziləri kürüyən şirkətə sizin nazirlik icazə verib”, “Fürsətdən istifadə edib bütün xalqımızı 2 gündən sonra Qış fəslinin ölkəmizə qədəm qoyması ilə əlaqədar olaraq təbrik edir və deyirəm: “Qədəmlərini mübarək, cənab Qış fəsli” tipli şərhlər yazılıb. (Pravda.az)


    Nazirin Murad Dadaşovu təbrik etməsi etirazla qarşılandı — FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər