Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir
  • Cəmiyyət / Manşet

  • Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

    Asiya.az-ın xəbərinə görə, səsvermə prosesi saat 08:00-da başlayıb, 19:00-da başa çatacaq.

    Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək.

    Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək.

    Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər