Doğmaları İlham Əliyevin doğum günü ilə bağlı paylaşım etdi (FOTO)

Doğmaları İlham Əliyevin doğum günü ilə bağlı paylaşım etdi (FOTO)
  • Cəmiyyət

  • I vitse-prezident Azərbaycan Prezidentini təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"

    Asiya.az xəbər verir ki, bu sözlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram” səhifəsində yer alıb.

    Doğmaları İlham Əliyevin doğum günü ilə bağlı paylaşım etdi (FOTO)

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

    Asiya.az xəbər verir ki, prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Instagram” hesabında ona təbrik ünvanlayıb.

    O, atası ilə bağlı video paylaşıb.

    Qeyd edək ki, bu gün İlham Heydər oğlu Əliyevin 58 yaşı tamam olur.

    https://www.instagram.com/tv/B6cUqa3g2TT/?utm_source=ig_web_button_share_sheet

    Heydər Əliyevin qızı, Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva şəxsi "Instagram" hesabından paylaşım edib.

    Asiya.az xəbər verir ki, Sevil Əliyeva İlham Əliyevin sakinlərlə birlikdə olan fotosunu paylaşıb.

    Qeyd edək ki, bu gün dövlət başçısının doğum günüdür.

    Doğmaları İlham Əliyevin doğum günü ilə bağlı paylaşım etdi (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər