Əfv müraciətlərinə baxılır:Sərəncam nə vaxt imzalanacaq?

Əfv müraciətlərinə baxılır:Sərəncam nə vaxt imzalanacaq?
  • Sosial / Manşet

  • "Əfv Komissiyasının toplantılarına adətən yanvar ayından başlanılır”.

    Asiya.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.

    O bildirib ki, il ərzində komissiya üzvlərinə, prezidentə bununla bağlı müraciətlər daxil olub: "Mənə də təxminən 20-ə yaxın müraciət daxil olub. Müraciətləri Prezident Administrasiyasının Əfv məsələləri sektoruna göndəririk, orada baxılır və qaydalara uyğundursa, əfv üçün müvafiq sənədlər hazırlanır”.

    Rəşad Məcid qeyd edib ki, son illərdə əfv sərəncamları Novruz bayramı ərəfəsində olur: "Bu səbəbdən də düşünürəm ki, gələn il də əfv sərəncamı mart ayında olacaq. Bundan başqa güman edirəm ki, Əfv Komissiyasının sədri yeniləcək və yeni tərkib olacaq. Yanvar ayından sonra isə yəqin ki, iclaslara başlanılacaq. Keçən il təxminən 1000-ə yaxın müraciət var idi, güman edirəm ki, yenə də o qədər müraciət olacaq”.

    Qeyd edək ki, bu il martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər