Əli Həsənov təhsil biznesindən də gedir - Məktəbini satır...

Əli Həsənov təhsil biznesindən də gedir - Məktəbini satır...
  • Cəmiyyət / Manşet

  • Sabiq prezident köməkçisi “Kaspi” International School”u satışa çıxarıb...

    Bu günlərdə vəzifədən uzaqlaşdırılan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ailəsinə məxsus “Kaspi” International School” satışa çıxarılıb.

    Asiya.az-a daxil olan məlumata görə, bu ilin sentyabr ayında açılışı olan 4 mərtəbəli əzəmətli bina Kaspi Liseylər Şəbəkəsinin beynəlxalq məktəbi sayılır.

    Xətai metrosu yaxınlığında yerləşən bu binanın tikintisinə külli miqdarda pul xərclənib. “Kaspi” International School-da bir uşağın təhsil qiyməti aylıq 650 manat təşkil edir.

    4 mərtəbəli yeni istifadəyə verilmiş bu binaya 4 milyon manat satış qiyməti təyin edilib.

    Məlumat üçün bildirək ki, “Kaspi” International School-un tikintisinə Əli Həsənov şəxsən nəzarət edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər